ABŞ İrana necə təzyiq edə bilər? | VİDEO

   ABŞ İrana necə təzyiq edə bilər?    | VİDEO
  17 İyun 2025    Oxunub:674
Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda İrana qarşı təzyiq vasitəsi kimi Vaşinqton İsrailə bunker əleyhinə bombalar verə bilər.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “Axios” portalının yazdığına görə, İsraildə olmayan belə bombalar İranın yeraltı Fordo nüvə obyektini məhv etmək üçün zəruridir.

“Ağ Ev, həmçinin Tehranla ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüşün keçirilməsi imkanını müzakirə edir”, - portal bildirib.

Bundan əvvəl “The New York Times (NYT)” nəşri Ağ Ev rəhbəri xüsusi elçisi Stiven Uitkoffa və vitse-prezident Cey Di Vensə bu həftə İran rəsmiləri ilə görüşməyi təklif etdiyini yazmışdı.

Tehran öz şərtni açıqlayıb | VİDEO
Müzakirələrdə nüvə razılaşmasına və İsraillə İran arasında münaqişəyə son qoyulmasına gətirib çıxaracaq diplomatik təklifin daxil ediləcəyi gözlənilir.

Yaxın Şərq və Avropa rəsmilərinə istinad edən “Wall Street Journal (WSJ)” nəşri, öz növbəsində, İranın hərbi əməliyyatlara son qoymağa və nüvə danışıqlarını bərpa etməyə çalışdığını, vasitəçilərin iştirakı ilə Tehranın ABŞ və İsrailə siqnallar göndərdiyini vurğulayır.

Bununla belə, danışıqların bərpası üçün İran ilk növbədə İsrailin hücumlarının dayandırılması şərtini qoyur.


Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   İsrail   bomba  



Xəbər lenti